Mourinyonun "Kayserispor" planı
"Fənərbağça" Türkiyə Super Liqasının növbəti turunda "Kayserispor"la qarşılaşacaq.
Sportline.az xəbər verir ki, lider "Qalatasaray"dan 3 xal geri qalan "sarı-lacivərtlilər" bu görüşdə qələbə qazanmaq niyyətindədirlər.
Türkiyə mətbuatı baş məşqçi Joze Mourinyonun "Kayserispor"la qarşılaşmada heyətdə dəyişikliklərə əl atacağı haqqında yazır.
"Ajansspor"un yaydığı məlumata görə portuqaliyalı mütəxəssis bu oyunda mərkəz hücumçuları kimi En-Nesiri - Anderson Talişka tandemindən yararlanmağı planlaşdırır.
Həmçinin son iki oyunda start heyətdə yer almayan Kostiçin də ilk dəqiqələrdən meydanda olacağı bildirilir.
Qeyd edək ki, qarşılaşma aprelin 20-si Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.