Mourinyoya 4, Buruka 1 oyun cəza verdilər

Son derbidə bir-birinə atmacalar atan "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo 4, "Qalatasaray"ın çalışdırıcısı Okan Buruk isə 1 oyunluq cəzalandı.

Sportline.az "TFF"nin mətbuat xidmətinə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis "Antalyaspor", "Samsunspor" ve "Bodrumspor" görüşlərində cəzasını tamamlayacaq.

"Qalatasaray"ın baş məşqçisi isə yalnız "Kasımpaşa" ile oyunu buraxacaq.

PUL CƏZASI: Mourinyo 1 milyon 617 min TL, Okan Buruk isə 1,5 milyon TL cərimələnib.

Qeyd edək ki, "Fənərbağça" 2 rəsmi səfər matçını azarkeşsiz boş tribunada keçirəcək.