Moyze Kin "Arsenal"ın radarına düşüb
"Fiorentina"nın italiyalı futbolçusu Moyze Kin üçün İngiltərədən təklif var.
Sportline.az jurnalist Nikolo Şikiranın məlumatına istinadən xəbər verir ki, "Arsenal" M.Kini transfer etmək niyyətindədir.
24 yaşlı futbolçunun hazır ki dəyəri 30 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Moyze Kin ötən ilin yayında 13 milyon avro qarşılığında "Yuventus"dan "Fiorentina"ya transfer olmuşdu.
O bu mövsüm çıxış etdiyi 28 matçda 19 qol və 2 asistlə yadda qalıb.
Moyzenin "Fiorentina" ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.