Moyze Kin “Fiorentina”nı tərk edəcək?

"Paris" “Fiorentina” və İtaliya millisinin hücumçusu Moyze Kinin transferində maraqlıdır.

Sportline.az xəbər verir ki, Fransa klubu M.Kinin keçidini əsas prioritetlərindən biri kimi müəyyənləşdirib.

"Fiorentina” mövsümün gedişində aparıcı oyunçusunu buraxmağa meyilli deyil.

Qeyd edək ki, Moyze Kin bir zamanlar PSJ klubunda da forma geyinmişdi.