Moyze Kin London klubuna transfer ola bilər
"Fiorentina"nın italiyalı forvardı Moyze Kin "Arsenal"ın transfer hədəfinə çevrilib.
Sportline.az "Mirror Football"a istinadən xəbər verir ki, "Arsenal"ın baş məşqçisi Mikel Arteta 24 yaşlı futbolçunu komandasında görmək istəyir.
İtaliya klubu Moyze Kin üçün 40 milyon avro tələb edir.
O bu mövsüm çıxış etdiyi 29 matçda rəqib qapılarından 19 top keçirib.
Qeyd edək ki, Moyze Kinin "Fiorentina" ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.