Moyze Kin "Milan"a keçir

"Fiorentina"nın forvardı Moyze Kin yayda klubdan ayrılacaq.

Sportline.az xəbər verir ki, "Milan" 26 yaşlı futbolçunu heyətinə qatmaq üçün hərəkətə keçib. 

Bu haqda "Calciomercato" nəşri məlumat yayıb.

Qeyd edək ki, M.Kin cari mövsüm meydana çıxdığı 32 matçda 9 qol, 4 asistlə yadda qalıb.