Moyze Kinin sərbəst qalma məbləği açıqlanıb

"Fiorentina"nın italiyalı futbolçusu Moyze Kinin sərbəst qalma məbləği açıqlanıb.

Sportline.az "Tutto Mercato Web" saytına istinadən xəbər verir ki, İtaliya klubu Moyze Kin üçün 45 milyon avro tələb edir.

25 yaşlı hücumçunun "Fiorentina" ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Moyze Kin bu mövsüm çıxış etdiyi 39 matçda rəqib qapılarından 23 rop keçirib.