Muaremin yeni klubu müəyyənləşdi

"Əskişəhərspor"la yollarını ayıran "Qarabağ"ın sabiq üzvü Muarem Muaremin yeni klubu bəlli olub. SportLine.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yarımmüdafiəçi "I Liqa"da çıxış edən "Yeni Malatyaspor"la razılığa gəlib. Onun yaxın günlərdə klubla münasibətləri rəsmiləşdirəcəyi ehtimal edilir.

Qeyd edək ki, bir müddət əvvəl 27 yaşlı futbolçunun "Qarabağ"a qayıtmaq məsələsi də gündəmdə idi.