Mübariz Mənsimovun son durumu

"Palmali Şirkətlər Qrupu”nun sahibi, "Xəzər Lənkəran" klubunun fəxri prezidenti Mübariz Mənsimovun işi ilə bağlı sənədlər dünən yazılaraq İstanbul 27-ci Ağır Cəza Məhkəməsinə göndərilib.
 
Sportline.az xəbər verir ki, bu barədə "Palmali”nin Mətbuatla əlaqələr şöbəsinin rəhbəri Fidan Quliyeva məlumat verib.
 
"İddianamə aktı hələki məhkəmənin dəyərləndirməsi mərhələsindədi. Buna görə vəkillərlə bölüşülmür.
 
İlk növbədə, məhkəmənin iddianaməni nəzərdən keçirəcəyi gözlənilir" - deyə Fidan Quliyeva bildirib.