Müller karyerasını İtaliyada davam etdirəcək

Uzun illər “Bavariya”da çıxış edən 35 yaşlı ulduz Tomas Müller klubdan ayrılacağını rəsmən açıqlayıb.

Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, İtaliya “Serie A”sının son çempionu “Napoli” təcrübəli hücumçunu heyətinə qatmaq üçün hərəkətə keçib.

Mavi-ağlar Alman futbolçunun təcrübəsindən istifadə edərək komandalarının gücünə güc qatmağı planlaşdırır.

"Napoli"nin baş məşqçisi Antonio Konte gələcək mövsümdə UEFA Çempionlar Liqasında güclü performans göstərmək istəyir və xüsusilə Çempionlar Liqası təcrübəsi və liderlik keyfiyyətləri ilə seçilən Mülleri heyətində görmək arzusundadır.