Mundiala ən ucuz bilet
Rusiyada keçiriləcək 2018-ci il dünya futbol çempionatının oyunlarına ən ucuz biletin qiyməti açıqlanıb. Sportline.az xəbər verir ki, bu 1280 rubl (37 AZN ) təşkil edir. "Rusiya-2018" təşkilat komitəsinin sədri Aleksey Sorokinin sözlərinə görə, dördüncü kateqoriyalı bileti yalnız təşkilatçı ölkə vətəndaşları əldə edə bilərlər. Xatırladaq ki, DÇ-2018 gələn il iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində keçiriləcək.