Murad Məmmədov: "Özümə də maraqlı idi ki, Eldənizlə qarşılaşsaq, nəticə necə olacaq?!"

“İtaliyada reytinq yarışı yüksək səviyyədə keçdi. Reytinq yarışları, dünya və Avropa Çempionatları heç vaxt zəif keçmir. Yarışa ciddi hazırlaşmışdım. 5 görüş keçirdim. Hamısında da tam rahatlıqla qalib gəldim”.

Bu sözləri Sportline.az saytına açıqlamasında İtaliyanın paytaxtı Romada güləş üzrə Matteo Pellikone turnirində qızıl medal qazanan Murad Məmmədov deyib. O, finalda Eldəniz Əzizli ilə görüşündən də danışıb.

“Finalda dünya və Avropa çempionu Eldəniz Əzizli ilə qarşılaşdım. Bu bizim ilk görüşümüz idi. Bunadək üz-üzə gəlməmişdik. Mənim özümə də maraqlı idi ki, qarşılaşsaq, nəticə necə olacaq?! Yekunda mən qalib gəldim və 60 kq-da qızıl medal qazandım. İnşəallah, gələn yarışlarımız İslam Həmrəyliyi Oyunları və dünya çempionatıdır. İnşəallah ora da ciddi hazırlaşıb qızıl medal qazanmaq istəyirəm”.