Murillo "Mançester Yunayted" yolunda

"Mançester Yunayted" Murilyonu heyətinə qatmağa çalışır.

Sportline.az xəbər verir ki, "Nottingem" 23 yaşlı stopper üçün 50 milyon avro tələb edir.

Bu haqda "İ Paper" nəşri məlumat yayıb.

Qeyd edək ki, Murilyo cari mövsüm meydana çıxdığı 30 matçda 2 qolla yadda qalıb.