Murilyo "Nottingem"dən ayrılır?

"Nottingem Forest"in oyunçusu Murilyo yayda komandasını dəyişə bilər.

Sportline.az xəbər verir ki, "Çelsi" 23 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır.

Bu haqda "Team Talk" nəşri məlumat yayıb.

Qeyd edək ki, Murilyo cari mövsüm meydana çıxdığı 25 matçda 1 qolla yadda qalıb.