"Napoli" Hoylundla bağlı qərar verib

Rasmus Hoylundun “Napoli” müqaviləsində 85 milyon avroluq bənd yer ala bilər.

Sportline.az xəbər verir ki, hazırda Rasmus Hoylund “Mançester Yunayted”dən icarə əsasında “Napoli”də çıxış edir.

Razılaşmaya əsasən, Neapol klubu futbolçunu 50 milyon avro qarşılığında almaq hüququna malikdir. “Napoli” növbəti mövsüm Çempionlar Liqasına vəsiqə qazansa, bu bənd avtomatik olaraq məcburi transferə çevriləcək.