"Napoli" - "İnter" matçı da koronavirusun qurbanı oldu

İtaliya kubokunun yarımfinal mərhələsində keçirilməli olan daha bir oyun təxirə salınıb.

Sportline.az xəbər verir ki, “Yuventus” – “Milan” görüşündən sonra sabaha nəzərdə tutulan “Napoli” – “İnter” qarşılaşması da başqa vaxta salınıb.

Ölkədə koronavirus infeksiyasının sürətlə yayılması İtaliya Futbol Federasiyasının belə bir qərar qəbul etməsinə səbəb olub. Ölkə kubokunda yarımfinal mərhələsinin cavab görüşlərinin nə zaman keçiriləcəyi hələlik müəyyənləşməyib.