"Napoli" niderlandlı futbolçu ilə maraqlanır

"Napoli" "Mançester Yunayted"in niderlandlı futbolçusu Coşua Zirkzeni transfer etmək istəyir.

Sportline.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, İtaliya klubunun rəhbərliyi Zirkze üçün "Mançester Yunayted"ə 45 milyon avro ödəməyə hazırdır.

23 yaşlı futbolçu ötən yay 42.5 milyon avro qarşılığında "Bolonya"dan "Mançester Yunayted"ə transfer olunmuşdu.

Qeyd edək ki, Zirkze bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 35 oyunda 4 qol və 2 asistlə yadda qalıb.