"Napoli" Qattuzonu saxlayır
“Napoli” baş məşqçisi Cennaro Qatuzzo ilə müqaviləsini uzatmağa yaxındır.
Sportline.az “Sky Sport”a istinadən xəbər verir ki, ötən gün klub prezidenti Aurelio de Laurentis və idman direktoru Kriştiano Qintoli 42 yaşlı mütəxəssis ilə görüşüblər. Tərəflər yeni sözləşmənin detallarını müzakirə ediblər.
“Napoli” Qatuzzo ilə müqavilənin 2023-cü ilədək uzatmağa hazırlaşır. Onun indiki sözləşməsinin müddəti isə 2021-ci ilin yayına qədərdir.
Qeyd edək ki, Qatuzzo 2019-cu ildən “Napoli”də işləyir.