"Napoli"dən 20 milyon avroluq transfer
"Fənərbağça"nın futbolçusu Oğuz Aydın karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Sportline.az "Sabah" qəzetinə istinadən xəbər verir ki, "Napoli" Oğuz Aydın üçün 20 milyon avro ödəməyə hazırdır.
İtaliya klubu mövsümün sonunda "Fənərbağça"ya rəsmi təklif göndərəcək.
Qeyd edək ki, Oğuz Aydın bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 19 matçda 5 qol və 6 asistlə yadda qalıb.
Onun "Fənərbağça" ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Xatırladaq ki, Oğuz Aydın 2024-cü ilin yayında "Alanyaspor"dan "Fənərbağça"ya 6 milyon avro qarşılığında transfer olmuşdu.