“Napoli”dən Meyno həmləsi
"Mançester Yunayted"in ingiltərəli futbolçusu Kobi Meyno "Napoli"nin transfer hədəfinə çevrilib.
Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, 20 yaşlı oyunçunun dəyəri 50 milyon avrodur.
K.Meynonun "Mançester Yunayted"lə sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, sözü gedən futbolçu bu mövsüm meydana çıxdığı 6 matçda 1 asistlə yadda qalıb.