“Napoli”nin gözü “Mançester Yunayted”in futbolçusuna düşüb
"Napoli"nin yeni transfer hədəfi bəlli olub.
Sportline.az "Talk Sport"a istinadən xəbər verir ki, "Mançester Yunayted"in danimarkalı futbolçusu Rasmus Höylund "Napoli"nin maraq dairəsinə düşüb.
İtaliya klubu Rasmus üçün "Mançester Yunayted"ə 50 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, 22 yaşlı futbolçu cari mövsüm çıxış etdiyi 33 matçda 7 qol və 1 asistlə yadda qalıb.