“Napoli”nin gözü “Mançester Yunayted”in futbolçusunun üzərindədir

"Mançester Yunayted"in ingiltərəli futbolçusu Kobi Meyno karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportline.az "Tuttomercatowep" nəşrinə istinadən xəbər verir ki, "Napoli" 20 yaşlı yarımmüdafiəçini transfer etmək istəyir.

K.Meynonun dəyəri "Transfermarkt" portalına görə, 50 milyon avrodur.

İngiltərə millisinin üzvü bu mövsüm meydana çıxdığı 5 matçda 1 asistlə yadda qalıb.