"Napoli"nin Qarnaço sevdası davam edir
"Napoli" "Mançester Yunayted"in argentinalı futbolçusu Alexandro Qarnaçonu transfer etmək niyyətindədir.
Sportline.az "Calciomercato"ya istinadən xəbər verir ki, İtaliya klubu Qarnaço üçün "Mançester Yunayted"lə danışıqlara başlayıb.
20 yaşlı futbolçu üçün "Napoli" qarşı tərəfə 50 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Qarnaço bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 51 matçda 10 qol 9 asistlə yadda qalıb.