Nazarovun "Bavariya"ya vurduğu qol
Dmirti Nazarovun şərəfini qoruduğu "Karlsrue" futbol klubu qış fasiləsində hazırlıqlarını davam etdirir. SportLine.az xəbər verir ki, hazırlıq çərçivəsində bir neçə yoxlama oyununda qüvvəsini sınayan "II Bundesliqa" təmsilçisi növbəti görüşünü "Bavariya"ya qarşı keçirib. Görüşdə Nazarovun komandası qalib gəlib. "Karlsrue"nin qələbə topunu milli komandamızın üzvü vurub.