NBA-da rekord yeniləndi

"Qolden Steyt Uorriorz"un basketbolçusu Stefen Karri "Milluoki Baks"la oyunda (125:11) pərəstişkarlarını sevindirib.

Sportline.az xəbər verir ki, amerikalı mərkəz oyunçusu bu qarşılaşmada 38 xal toplayıb.

Ümumilikdə isə Karri, ardıcıl 4 oyunda 30 xallıq baryeri keçib ki, ondan əvvəl bu göstəriciyə yaşı 36-nı ötən yalnız 3 basketbolçu imza atıb.

Söhbət Maykl Cordan, Lebron Ceyms və Karl Meloundan gedir. 

Bundan əlavə, Karri, bu nəticəyə imza atan ən yaşlı müdafiəçidir.