Necip Uysal Rıza Çalımbayın rekorduna şərik oldu

"Beşiktaş"da 16-cı mövsümünə girən kapitan Necip Uysal, komandada ən çox oyun keçirən Rıza Çalımbayın rekorduna şərik olub.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, 33 yaşlı futbolçu 2009-2010-dan etibarən bütün mövsümlərdə forma geyinən ikinci futbolçu olub.

“Beşiktaş”ın əfsanəvi futbolçularından sayılan Çalımbay 1980-1981-ci illərdə başladığı peşəkar karyerasını 1995-1996-cı il mövsümünün sonunda başa vurub.

Qeyd edək ki, Rıza Çalımbay futbolçuluq karyerasında yalnız "Beşiktaş"da çıxış edib.