"Neftçi" 3 yoxlama oyunu keçirəcək
“Neftçi” qış fasiləsinə sabah son qoyacaq. SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 5-6-da tibbi müayinədən keçəcək komanda üzvləri ayın 7-də məşqlərə başlayacaqlar.
Klubun təlim-məşq bazası, “Bakcell Arena” və “Olimpiya stadionu”nda təşkil olunacaq təlim-məşq toplanışı müddətində “ağ-qaralar” 3 yoxlama oyunu keçirməyi planlaşdırırlar. “Neftçi”nin yoxlama oyunlarının 14, 19 və 23 yanvar tarixlərində “Bakcell Arena”da keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, “Neftçi” Topaz Premyer Liqasının üçüncü dövrəsindəki ilk oyununu yanvarın 30-da keçirəcək. Əsgər Abdullayevin yetirmələri həmin gün “Sumqayıt” klubunu qəbul edəcəklər.