"Neftçi" bu gün ilk yoxlama oyununa çıxacaq
Növbəti mövsümün hazırlığını Polşada davam etdirəm “Neftçi” futbol klubu bu gün ilk yoxlama oyununa çıxacaq.
Sportline.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi komanda İsrail təmsilçisi “Hapoel” (Təl-Əviv) ilə münasibətləri aydınlaşdıracaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, “Neftçi” daha sonra Polşanın “Termalika” (22 iyul), Yunanıstanın “Asteras” (27 iyul) və Kiprin AEL (1 avqust) komandaları ilə gücünü sınayacaq.