"Neftçi" daha bir futbolçu ilə yollarını ayırdı
"Neftçi" qapıçı Aqil Məmmədovla yollarını ayırıb. SportLine.az xəbər verir ki, 27 yaşlı qolkiper başa çatan müqaviləsini yeniləməmək qərarına gəlib.
Apasport.az saytına açıqlamasında futbolçu bunları deyib: "Rəhbərlik yeni müqavilə təklif etdi. Amma şərtləri məni qane etmədi. Bu səbəbdən də yollarımızı ayırmağı məqsədəuyğun bildik. Karyeramı harda davam etdirəcəyimi isə hələ bilmirəm. Çünki “Neftçi”dən yeni ayrılmışam".
Qeyd edək ki, 2015-ci ilin yanvarında “Bakı”dan “Neftçi”yə keçən Aqil Məmmədov ötən mövsüm Premyer Liqada 28 oyunda iştirak edib.