“Neftçi” ECA-ya üzv oldu

“Neftçi” Avropa Klublar Assosiasiyasının (ECA) üzvü olub. 

SportLine.az-ın məlumatına görə, bu barədə xəbəri klubun rəsmi saytı yayıb.

Bildirilir ki, paytaxt təmsilçisi ECA-nın tamhüquqlu üzvü statusuna yiyələnib.

Bu isə o deməkdi ki, növbəti iki il ərzində assosiasiyanın baş assambleyası çərçivəsində keçiriləcək seçkilərdə "Neftçi” səs hüququna malik olacaq.

Banner