"Neftçi" fanatlarının intizarına sabah son qoyulacaq

Sabah komandanın yeni baş məşqçisinin adı açıqlana bilər.

Yola əcnəbi mütəxəssislə davam etmək niyyətini açıqlayan klub rəhbərliyi sabah məsələyə aydınlıq gətirə bilər. SportLine.az xəbər verir ki, son məlumatlara görə, yeni baş məşqçinin adına Müşahidə Şurasının sabaha təyin olunan iclasında məlum olacaq. Klub rəhbərliyinin verdiyi mesajlarda əcnəbi mütəxxəssis məsələsi daha çox hallansa da, Əsgər Abdullayevin təyinatı da istisna olunmur.

Xatırladaq ki, Neftçi baş məqşçi səlahiyətlərini icra edən Abdullayevin rəhbərliyi ilə keçirdiyi 6 oyunda 3 qələbə qazanıb. 2 görüşü heç-heçə başa vuran ağ-qaralılar 1 qarşılaşmada məğlubiyyətlə barışıblar.

Banner