"Neftçi" fransalı futbolçu transfer edir
"Neftçi"nin heyətinə qatmaq istədiyi daha bir futbolçunun adı məlum olub.
Sportline.az "L Equipe" nəşrinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi Fransanın "Havr" klubunun yarımmüdafiəçisi Roman Baskla anlaşıb.
Ölkə çempionunun futbolçu ilə 2 illik müqavilə imzalayacağı bildirilir. "Neftçi"nin bu keçid üçün qarşı tərəfə ödəyəcəyi təzminatın məbləği isə açılanmır.
Qeyd edək ki, 26 yaşlı futbolçu daha əvvəl ölkəsində "Keviyi Ruan" klubunun da formasını geyinib.