"Neftçi" hazırlığın 2-ci mərhələsinə başladı

“Neftçi” yeni mövsümün hazırlıqlarını davam etdirir. SportLine.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “ağ-qaralar” bu gün Bakı toplanışının ikinci mərhələsinə start verib.

Komanda səhər saatlarında klubun təlim-məşq bazasındakı idman zalında fiziki hazırlıqla məşğul olub. Baş məşqçi Elxan Abdullayev axşam məşqini İsmət Qayıbov adına təlim-məşq bazasında keçəcək.

Qeyd edək ki, “Neftçi” iyulun 24-də təlim-məşq toplanışının növbəti mərhələsi üçün Avstriyaya yollanacaq.