"Neftçi" "Kəpəz"ə uduzdu
“Neftçi” təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama oyununu keçirib. SportLine.az xəbər verir ki, “ağ-qaralar” “Kəpəz”lə qarşılaşıb.
İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında baş tutmuş görüş bakılıların 0:2 hesablı məğlubiyyəti ilə nəticələnib.
Qeyd edək ki, “Neftçi” Bakı toplanışı çərçivəsində iyulun 15-də “Binə”, 19-da isə “Şüvəlan” klubu ilə qarşılaşacaq.