"Neftçi" Konfrans Liqasına düşsə...

"Neftçi"nin UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqibi dəqiqləşib.

Sportline.az xəbər verir ki, Bakı təmsilçisi Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Gürcüstanın "Dinamo" klubuna uduzsa, mübarizəni Konfrans Liqasında davam etdirəcək və 2-ci təsnifat mərhələsində İsrail "Makkabi"si ilə qarşılaşacaq.

Bu, Hayfa təmsilçisinin ÇL-in 1-ci təsnifat mərhələsində iki oyunun (1:1, 0:2) nəticəsinə əsasən Qazaxıstanın "Kayrat"ına uduzmasından sonra dəqiqləşib.

Qeyd edək ki, bu gün keçiriləcək "Neftçi" - "Dinamo" matçı saat 21:00-da başlanacaq. Bu komandalar arasında ilk görüşdə Azərbaycan klubu 2:1 hesabı ilə qalib gəlib.