"Neftçi" növbəti oyununa çıxır

“Neftçi” Avstriya toplanışı çərçivəsində bu gün növbəti yoxlama oyunu keçirib.

SportLine.az-ın xəbərinə görə, ağ-qaralar” Birləşmiş Ərəb Əmirliklərinin “Əl Ain” klubu ilə üz-üzə gəlib. Qarşılaşmada qalib müəyyənləşməyib - 1:1. Bakı klubunun yeganə qoluna Mirabdulla Abbasov imza atıb.

Xatırladaq ki, “Neftçi” bir neçə gün öncə “Şalke”yə 0:1 hesabı ilə uduzub.