"Neftçi" - "Qarabağ" matçının biletləri satışda

Azərbaycan Premyer Liqasının son turunun  "Neftçi” – "Qarabağ” oyununun biletləri satışa çıxarılıb. Sportline.az xəbər verir ki, azarkeşlər biletləri 8-ci km qəsəbə stadionunun kassalarından əldə edə bilərlər. Klubun rəsmi saytının yaydığı məlumata əsasən fanatlar matçı izləmək üçün 1 manatlarından keçməli olacaqlar. VİP yerlər üçün qiymət isə 5 manatdır.
"Neftçi” – "Qarabağ” qarşılaşmasının start fiti sabah saat 17:00-da səsləndiriləcək. Son tur öncəsi "Qarabağ" çempionluğunu rəsmiləşdiribsə, "Neftçi" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.