"Neftçi" "Sabah"la bərabərə qalıb
Azərbaycan Premyer Liqasının IV turunda "Neftçi" "Sabah"la bərabərə qalıb.
Sportline.az xəbər verir ki, "Neftçi Arena"da keçirilən turun bağlanış matçında hesab açılmayıb.
"Sabah"ın 4, "Neftçi"nin isə 3 xalı var.
Qeyd edək ki, daha əvvəl "Şamaxı" "Karvan-Yevlax"ı üç, "Araz-Naxçıvan" "Kəpəz"i iki, "Turan Tovuz" "Qəbələ"ni, "İmişli" isə "Sumqayıt"ı bir cavabsız qolla üstələyib. "Qarabağ" - "Zirə" oyununda qalib müəyyənləşməyib - 1:1.