"Neftçi" "Sərhədçi" ilə bacarmadı

Azərbaycan Basketbol Liqasında XVI turun daha bir oyunu keçirilib.

Sportline.az xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində baş tutan matçda "Sərhədçi" və "Neftçi" komandaları qarşılaşıblar. Görüşə üstün başlayan nominal meydan sahibləri yekunda 86-77 hesablı qələbə qazanıblar.

Ən məhsuldar basketbolçular "Sərhədçi PİK"dən Keron Beyker (21 xal, 2 asist) və "Neftçi İK"dən Davit Lomidze (20 xal, 3 ribaund) olub.