"Neftçi" yenə uduzdu
Bu gün Topaz Premyer Liqasında 6-cı tura yekun vurulacaq. SportLine.az xəbər verir ki, son oyun günündə bir qarşılaşma keçiriləcək. "Neftçi" "Sumqayıt"ı qəbul edəcək.
Son günlər uğursuz çıxışla yadda qalan "ağ-qaralar" Elxan Abdullayevin rəhbərliyi ilə ilk qələbəsini qazanmaq niyyətindədir. "Kimyaçılar" isə qələbə qazanmaqla "Kəpəz"ə çatmağı arzulayır.
27 sentyabr 2016
TPL, 6-cı tur
“Neftçi” – “Sumqayıt” - 1:2
QOLLAR: C.İmamverdiyev, 6 (1:0); Yusif Nəbiyev, 19 (1:1); Seymur Əsədov, 56 (1:2)
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Vüqar Bayramov, Vüsal Qənbərov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev
“Əlincə Arena”
Standings provided by Sofascore LiveScore