"Neftçi" "Turan Tovuz"la bərabərə qalıb
Azərbaycan Premyer Liqasının XXVI turunun son oyununda "Neftçi" "Turan Tovuz"la bərabərə qalıb.
Sportline.az xəbər verir ki, "Neftçi Arena"da baş tutan matç 1:1 hesabı ilə yekunlaşıb.
Hesabı ev sahiblərinin heyətində 88-ci dəqiqədə Bassala Sambu açıb. 90+5-ci dəqiqədə qərb təmsilçisi məğlubiyyətdən xilas olub. Hayderson Hurtado dəqiq zərbənin müəllifi olub.
Qonaqların heyətində Emmanuel Hakman 18-ci dəqiqədə qırmızı vərəqə alıb.
"Neftçi" 28 xalla turnir cədvəlinin 6-cı sırasında yer alıb. "Turan Tovuz" isə 43 xalla dördüncüdür.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" "Araz-Naxçıvan"ı 3:1, "Şamaxı" "Sabah"ı, "Zirə" "Səbail"i 1:0, "Sumqayıt" isə "Kəpəz"i 3:0 hesabı ilə məğlub edib.