"Neftçi TV"-nin taleyinə aydınlıq gətirildi
"Neftçi"nin "Youtube" kanalı olan "Neftçi TV" fəaliyyətini bərpa edib.
Sportline.az xəbər verir ki, mayın 8-də haker hücumuna məruz qalan internet kanalı artıq yayıma başlayıb.
Klubun mətbuat xidmətindən verilən məlumata görə, haker müdaxiləsinə görə "Google" tərəfindən dərhal bağlanan kanalın səhifəsində hansısa problem qalmayıb.