"Neftçi" və "Qəbələ"nin futbolçuları milliyə dəvət olundu

Gürcüstan millisinin Serbiya və Latviyaya qarşı oyunlar üçün heyəti açıqlanıb. SportLine.az xəbər verir ki, baş məşqçi Vladimir Vayss 24 futbolçunun xidmətində maraqlıdır. Onların içərisində Topaz Premyer Liqasında çıxış edənlər də var.

Belə ki, “Neftçi”nin müdafiəçisi Georgi Navalovski və “Qəbələ” yarımmüdafiəçisi Nika Kvekveskiri də seçmə komandaya dəvət olunublar.

Qeyd edək ki, Gürcüstan millisi DÇ-2018-in seçmə mərhələsində martın 24-də Serbiya, 3 gün sonra isə Latviya ilə yoldaşlıq oyununda qarşılaşacaq.