"Neftçi"dən ayrılan futbolçu "Səbail"də

"Neftçi" ilə yolları ayrılan Cabir Əmirlinin yeni klubu bəlli olub.

Sportline.az xəbər verir ki, 24 yaşlı müdafiəçi "Səbail"ə keçib.

Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb.

Əmirli yeni komandasında 6 nömrəli formanı geyinəcək.