"Neftçi"dən növbəti transfer
"Neftçi” növbəti transferini reallaşdırıb.
Sportline.az xəbər verir ki, Mali millisinin sağ cinah müdafiəçisi Falaye Sako artıq “ağ-qaralar”ın üzvüdür.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçu ilə 2+1 illik müqavilə bağlanıb.
Vətənindən başqa, Macarıstan, Belçika, Portuqaliya və Fransa liqalarında oynamış Sako son üç mövsümü Liqa 1-də “Monpelye”nin heyətində keçirib.
O, Mali millisinin heyətində 42 matçda meydana çıxıb, 2 qol vurub.