"Neftçi"nin sabiq futbolçusu "Şəki"də

Azərbaycan millisinin sabiq futbolçusu Cavid İmamverdiyevin yeni klubunun adına aydınlıq gəlib.

Sportline.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi karyerasını “Şəki”də davam etdirəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Onunla imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb. 

Qeyd edək ki, təcrübəli futbolçu karyerası ərzində “Neftçi”, “Sumqayıt”, “Kəpəz”in də formasını geyinib.

Onun son klubu isə "Haypers Quba" olub.