"Neftçi"yə texniki məğlubiyyət verildi
AFFA İntizam Komitəsi "Neftçi"yə texniki məğlubiyyət verib.
SportLine.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, buna komandanın Topaz Premyer Liqanın 27-ci turunda "Zirə"yə qarşı matçda əvəzetmə zamanı limit pozması səbəb olub. Buna görə klub 0:3 hesablı texniki məğlubiyyət verilib.
Qeyd edək ki, "Zirə" - "Neftçi" görüşü 2:2 hesabı ilə başa çatmışdı.
Qeyd edək ki, "Neftçi" klubuna texniki məğlubiyyət verildiyindən turnir cədvəlində dəyişiklik olub.