Neymar "Barselona"ya qayıda bilər

"Santos" klubuna qayıdan Neymarın karyerasına İspaniyada davam edəcəyi barədə müzakirələr davam edir.

Sportline.az xəbər verir ki, Neymarın “Barselona”ya qayıtmaq istədiyi irəli sürülür.

“Fichajes”də dərc edilən xəbərə görə, 2026-cı il dünya çempionatına qədər yüksək səviyyədə qalmaq və ən yaxşı formasını əldə etmək istəyən Neymar İspaniyada futbol oynamaq istəyir.

İddialara görə, Neymar istəyini “Barselona” prezidenti Joan Laportaya çatdırıb və tərəflər arasında danışıqlar başlayıb.

Qeyd edək ki, “Barselona”nın məşqçisi Hansi Flikin Neymarın transferinə razı olmadığı barədə xəbərlər dərc edilib.

Neymar 12 ildən sonra “Santos” qayıdıb. Futbolçu “Santos”da 4 matçda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.