Neymar: “Futbolu sevirəm”

“Əl-Hilal”ın brazilyalı ulduz futbolçusu Neymar jurnalistlərə müsahibə verərkən maraqlı açıqlamalarla gündəmə gəlib.

Sportline.az xəbər verir ki, 32 yaşlı oyunçu futbol üçün darıxdığını dilə gətirib.

“Futbol sevirəm. Həyatımda ən çox sevdiyim şeydir. Futboldan ayrı keçirdiyim günlər mənim üçün çox ağrılıdır. Yenidən yaşıl meydanlara qayıtmaq istəyirəm”, - deyə Neymar bildirib.

Qeyd edək ki, Neymarın yaxın 2 həftə ərzində meydanlara qayıdacağı gözlənilir.