Neymar: "Həmişə belə bir finalda oynamaq aruzusunda olmuşam"
Braziliya millisinin üzvü Neymar Amerika kubokunun finalında Argentina ilə keçiriləcək görüş haqda danışıb.
Sportline.az xəbər verir ki, PSJ-nin hücumçusu ölkəsinin mətbuatına açıqlamasında həlledici matçı səbirsizliklə gözlədiyini bildirib:
“Qələbə qazanmaq üçün hər şeyimiz var. Yalnız bunu düşünürəm. Həmişə belə bir finalda oynamaq aruzusunda olmuşam. Futbolu sevən hər kəs Braziliya ilə Argnetinanın finalda qarşılaşmasını istəyir. Rəqibin heyətində dünyanın ən yaxşı futbolçularından biri var – Messi. Düşünürəm ki, onunla finalda qarşılaşmaq karyeramın bitirdikdən sonra haqqımda çəkiləcək film üçün əla material olar. Həmişə demişəm ki, Messi böyük oyunçu və əla dostdur”.
Qeyd edək ki, Braziliya və Argentina arasında final matçı iyulun 11-də keçiriləcək.